“Arsenal”ın təklifinə Sanenin cavabı nə olacaq?
İdman
23.07.2024 10:10
Leroy Sane karyerasını İngiltərədə davam etdirə bilər.
TodayPress xəbər verir ki, "Arsenal" klubu almaniyalı yarımmüdafiəçi ilə maraqlanır.
"Bavariya"da top qovan Sane əsas heyətdən kənarda qalmaq təhlükəsi ilə üzləşib. Münhen təmsilçisinin Maykl Oliseni transfer etməsi və Xavi Simonsla maraqlanması Leroy Sanenin gələcəyini sual altında qoyub.
London təmsilçisi Leroy Saneyə görə “Bavariya”ya 59 milyon funt sterlinq ödəməyə hazırdır.
Qeyd edək ki, yarımmüdafiəçi 2016-2020-ci illərdə "Mançester Siti"nin şərəfini qoruyub.
Namiq HUN
tag: Leroy, İngiltərə, Arsenal, Sane, Bavariya, todaypress.az,