“Arsenal”ın 200 milyonluq transfer planı
2003/04 mövsümündən İngiltərə çempionu tituluna həsrət qalan “Arsenal” klubu tarixinin ən bahalı transfer dövrünə hazırlaşır.
TodayPress “Fichajes”ə istinadən xəbər verir ki, “topçular” mövsümlərarası fasilədə iki böyük transfer etməyi planlaşdırır.
London təmsilçisi “Atletik Bilbao”dan Niko Uilyams və “Nyukasl”dan Alexander İsaka göz dikib.
İspaniyalı vingerin transfer dəyəri 60 milyon, isveçli forvardın isə 140 milyon avro təşkil edir.
Namiq HUN
tag: Arsenal,Transfer,Plan,Klub,Todaypress.az,