"Arsenal"da şok itki: Uzun müddət oynamayacaq
İngiltərənin "Arsenal" klubunun heyətində ciddi itki baş verib.
TodayPress xəbər verir ki, “topçular”ın hücumçusu Qabriel Jesus İngiltərə Kubokunda “Mançester Yunayted”lə matçda zədə alıb.
27 yaşlı hücumçu meydanı xərəkdə tərk edib. Braziliyalının durumu tibbi müayinədən sonra bilinəcək.
O, bu mövsüm 26 oyunda 7 qol vurub, 2 məhsuldar ötürmə edib.
tag: Arsenal, Hücumçu, Braziliya, itki ,todaypress.az,