“Arsenal” yayda hücumçu və yarımmüdafiəçi transfer edəcək

İdman

17.03.2025 18:15

1701

İngiltərənin “Arsenal” futbol klubu yay transferində iki mövqeyə oyunçu alacaq. 

TodayPress xarici mətbuata istinadən xəbər verir ki, London təmsilçisi hücum və yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.   

“Topçular”ın heyətində yer alan forvard Qabriel Jezus və orta xətt oyunçusu Kay Haverts zədə səbəbindən mövsümün sonunadək meydana çıxa bilməyəcəklər.   

Rəhbərlik itkiləri nəzərə alaraq yeni mövsüm üçün komandanı gücləndirməyə çalışır. 

Qeyd edək ki, hazırda “Arsenal” 58 xalla Premyer Liqanın ikinci komandasıdır. “Topçular” lider “Liverpul”dan 12 xal geri qalır.   

Namiq HUN

tag: Arsenal,Futbol,Hücumçu,Yarımmüdafiəçi,Transfer,Todaypress.az,