"Arsenal" Premyer Liqada 2000-ci qələbəsini qazandı
İdman
24.11.2024 14:15
İngiltərə təmsilçisi "Arsenal" Premyer Liqada 2000-ci qələbə qazanan ikinci komanda olub.
TodayPress xəbər verir ki, topçular bu uğura XII turda "Nottinqem"ə qalib gəlməklə (3:0) imza atıblar.
Ölkə çempionatında ən çox qələbə qazanan klub "Liverpul"dur (2068).
Qələbələrin sayına görə, “Mançester Yunayted” (1910), “Everton” (1901), “Aston Villa” (1724), “Mançester Siti” (1597), “Tottenhem” (1509) və “Çelsi” (1480) bir-birini təqib edir.
tag: İngiltərə,Arsenal,Premyer Liqa,Nottinqem,Liverpul,todaypress.az,