"Arsenal" orta xətt oyunçusunu itirdi
İdman
10.09.2024 14:55
Futbol üzrə Norveç millisinin və "Arsenal" klubunun yarımmüdafiəçisi Martin Odiqaard zədələnib.
TodayPress xəbər verir ki, o, Millətlər Liqasının Avstriya ilə matçında (2:1) sıradan çıxıb. Martin oyuna davam edə bilmədiyindən meydanı tərk edib.
Odiqaard 2014-cü ildən Norveç millisinin üzvüdür.
Qeyd edək ki, 25 yaşlı futbolçu 2021-ci ildən "Arsenal"ın formasını geyinir. O, ötən mövsüm Premyer Liqanın 35 matçında 8 qol vurub və 10 məhsuldar ötürmə verib.
"Transfermarkt" portalında Martinin transfer dəyəri 110 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Norveç ,Liqa, Avstriya ,Arsenal ,Martin, todaypress.az,