“Arsenal” ona “elçi düşdü”

İdman

19.04.2025 13:46

9

“Arsenal” klubunun yay transferi üçün əsas hədəflərindən biri məlum olub.   

TodayPress “Football Insider”ə istinadən xəbər verir ki, London təmsilçisi “Nyukasl” klubunun vingeri Entoni Qordonu transfer etmək istəyir. 

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Qordonu şəxsən komandasında görmək istəyir. 

Qeyd edək ki, 24 yaşlı futbolçu cari mövsüm “Nyukasl”ın heyətində yer aldığı 36 oyunda 9 qol vurub və 7 məhsuldar ötürmə edib.   

Namiq HUN

tag: Arsenal,Klub,Futbol,Transfer,Todaypress.az,