“Arsenal” Merinonu transfer etdi

İdman

23.08.2024 10:51

İngiltərə klubu Avropa çempionu ilə güclənib. 

TodayPress xəbər verir ki, “topçular” "Real Sosyedad" futbol klubundan Mikel Merinonu transfer edib. 

London təmsilçisi ispan yarımmüdafiəçi üçün 32+5 milyon avro təzminat ödəyəcək. 

28 yaşlı futbolçu "Arsenal"la 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləyə imza atıb.

Namiq HUN

tag: Arsenal,London, İngiltərə, Çempion, todaypress.az,