“Arsenal” Martinesi hədəf seçdi

İdman

06.02.2025 14:13

2523

“Arsenal” futbol klubu İtaliya A Seriyası təmsilçisi “İnter”in hücumçusu Lautaro Martinesi transfer etmək istəyir.

TodayPress "Fichajes"ə istinadən xəbər verir ki, “topçular” yay transferində 27 yaşlı argentinalı futbolçu üçün 120 milyon avrodan çox maliyyə ödəməyə hazırdır.

London təmsilçisi qış fasiləsində heyətinə futbolçu qata bilməyib.

Qeyd edək ki, Lautaro Martines cari mövsüm bütün turnirlərdə keçirdiyi 31 oyunda 15 qol vurub və 6 məhsuldar ötürmə edib. 

“Transfermarkt” portalında futbolçunun transfer dəyəri 100 milyon avro qiymətləndirilir.

Namiq HUN

tag: İdman,Futbol,Arsenal,Martines,Todaypress.az,