"Arsenal" kapitanını itirdi

İdman

19.09.2024 09:43

696

"Arsenal" futbol klubunun yarımüdafiəçisi Martin Edeqor ciddi zədə alıb.

TodayPress xəbər verir ki, o, Norveç millisinin heyətində Millətlər Liqasının oyunu zamanı topuq bağlarından birini zədələyib. 

Həkim müayinəsindən sonra futbolçunun bir neçə ay yaşıl meydanlardan kənar qalacağı məlum olub. 

Qeyd edək ki, Martin Edeqor 2021-ci ildən "Arsenal"da çıxış edir.

Namiq HUN

tag: Arsenal ,Norveç, Millətlər Liqası, Müayinə, Martin Edeqor ,todaypress.az,