"Arsenal" italiyalı müdafiəçini itirdi

İdman

25.10.2024 14:17

İngiltərənin "Arsenal" klubunun futbolçusu Rikkardo Kalafiori zədələnərək bir neçə həftəlik sıradan çıxıb.

TodayPress "Mirror"a istinadən xəbər verir ki, italiyalı müdafiəçi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda "Şaxtyor"la matçda dizindən zədələnib.

22 yaşlı futbolçu daha əvvəl İtaliya millisinin heyətində Millətlər Liqasının Fransa ilə matçında zədələnmişdi.

Qeyd edək ki, Kalafiori cari mövsüm "Arsenal"ın heyətində meydana çıxdığı 10 oyunda 1 qol vurub.

Namiq HUN

tag: İngiltərə, Arsenal, İtaliya, Liqa, Rikkardo Kalafiori , todaypress.az,