“Arsenal” hücumçu mövqeyini gücləndirir

İdman

02.01.2025 22:00

1520

“Arsenal”ın qış transfer pəncərəsi üçün hədəfləri məlum olub.

TodayPress “TEAMtalk”a istinadən xəbər verir ki, London təmsilçisi “Yuventus”un serbiyalı hücumçusu Duşan Vlahoviçi transfer etmək istəyir.

Məqsədi hücumçu mövqeyini gücləndirmək olan “topçular” serb futbolçuya mümkün alternativ kimi “Brentford”un bombardiri Brayan Mbemonu görür.

Premyer Liqa təmsilçisi Dortmund “Borussiya”sından Ceymi Bynoe-Qittenslə və “Bavariya”dan Leroy Sane ilə də maraqlanır.

Namiq HUN

tag: London ,Təmsilçi ,Topçu, Premyer, Liqa, todaypress.az,