“Arsenal” heyətini yeniləyir

İdman

03.12.2024 16:25

Londonun “Arsenal” klubu qış transfer pəncərəsində 6 futbolçusu ilə vidalaşacaq.

TodayPress “The Atletic”ə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Aleksandr Zinçenko, Yakub Kivyor, Qabriel Jesus, Albert Sambi-Lokonqa, Ris Nelson və Nunu Tavaresi ilə yolları ayırmaq qərarına gəlib. 

Hazırda Albert icarə əsasında “Sevilya”da, Ris “Fulhem”də, Nunu isə “Latsio”da çıxış edir.

Klub rəhbərliyi sözügedən oyunçuları sataraq komandaya daha çox fayda verəcək futbolçular almağı planlaşdırır.

 Namiq HUN

tag: London, Arsenal, Transfer, Albert, todaypress.az,