“Arsenal” Güleri transfer etmək istəyir

İdman

20.11.2024 15:05

İngiltərənin “Arsenal” klubu “Real Madrid”in futbolçusu Arda Güleri transfer etmək istəyir.

TodayPress “Sport.es”ə istinadən xəbər verir ki, London təmsilçisi yarımmüdafiəçini qış “transfer pəncərəsi”ndə icarəyə götürə bilər.

19 yaşlı futbolçu "Real"dakı durumundan narazıdır. Bu səbəbdən “Arsenal” futbolçuya təklif göndərib.

Qeyd edək ki, Arda Güler cari mövsüm "Real"ın heyətində 12 oyunda meydana çıxsa da, məhsuldarlıqla yadda qalmayıb.

Namiq HUN

tag: İngiltərə,Arsenal,Real Madrid,Arda Güler,todaypress.az,