"Arsenal" David Rayanı əldən vermədi

İdman

04.07.2024 21:00

"Arsenal" futbol klubu "Brentford"dan icarəyə götürdüyü David Rayanın transfer hüquqlarını alıb.

TodayPress xəbər verir ki, London təmsilçisi ispaniyalı qolkiper üçün qarşı tərəfə 27 milyon funt-sterlinq təzminat ödəyib.

David Raya son mövsümü "Arsenal"da keçirib. Qolkiper “topçular”ın heyətində 41 rəsmi matçda meydana çıxıb. O, Premyer Liqada "Qızıl əlcək" mükafatının qalibi olub.

Namiq HUN

tag: Arsenal, David Raya, Brentford, Qolkiper, todaypress.az,