“Arsenal” azarkeşə stadiona gəlməyi qadağan etdi

İdman

28.11.2024 17:20

“Arsenal” klubu yarımmüdafiəçisi Tomas Partey haqqında irqçi fikirlər səsləndirdiyinə görə azarkeşinə 3 il müddətinə futbol matçlarına gəlməyi qadağan edib.

TodayPress “Associated Press”ə istinadən xəbər verir ki, Çarls Oqunmilade adlı şəxs keçən ilin aprelində “Sauthempton”la oyunda qol şansını qaçırdıqdan sonra sosial mediada Parteyi irqçi şəkildə təhqir edib.

Hökm verilərkən təqsirləndirilən şəxsin günahını erkən etiraf etməsi, yaxşı xasiyyəti və əvvəlki irqçilik təcrübələri nəzərə alınıb.

Matç qadağası həm də İngiltərə klubunun ölkə xaricindəki oyunlarına da şamil edilir. 

“Arsenal” başqa ölkəyə gedərkən Çals hər dəfə şəxsiyyət vəsiqəsini polisə təhvil verməlidir.

Bundan başqa azarkeş 260 funt sterlinq cərimə ödəməyə də məhkum edilib.

Namiq HUN

tag: Arsenal, Azarkeş, İngiltərə, Çals,todaypress.az,