“Arsenal” 3 futbolçusunu satmaq istəyir

İdman

20.11.2024 17:15

İngiltərənin “Arsenal” klubu ukraynalı yarımmüdafiəçi Aleksandr Zinçenkonu satmağı planlaşdırır. 

TodayPress xəbər verir ki, bu barədə keçmiş skaut Mik Braun bildirib.

“London təmsilçisinin satmaq istədiyi üç futbolçu var. Bunlar Qabriel Jesus, Zinçenko və Kiran Tirnidir.  Onlar məşqçinin planlarının bir hissəsi deyil.

Satmağa gəldikdə, hansı aktivlərə sahib olduğunuza baxmaq lazımdır. Əmək haqqı xərclərinin əhəmiyyətli dərəcədə azalması komandanı gücləndirməyə imkan verəcək” Braun deyib.

Qeyd edək ki, cari mövsüm Zinçenko “Arsenal”ın heyətində 5 oyun keçirib. Ukraynalı yarımmüdafiəçinin “topçular”la müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Namiq HUN

tag: Arsenal,Aleksandr Zinçenko,Mik Braun,Topçu,todaypress.az,