Arşavin Çempionlar Liqasının yeni formatından danışdı
İdman
21.09.2024 15:20
"Zenit" futbol klubunun idarə heyətinin üzvü Andrey Arşavin Çempionlar Liqasının yeni formatı ilə bağlı fikirlərini bölüşüb.
TodayPress xəbər verir ki, o, UEFA-nın Super Liqanın yaradılmasını gecikdirmək üçün hər şeyi etməli olduğunu deyib:
“Yeni format haqqında çoxdan bilirəm. Bu, Çempionlar Liqasında daha çox matç olması, komandaların daha çox pul qazanması üçün edilir. UEFA başqa cür edə bilməzdi. Superliqanın yaradılmasını gecikdirmək üçün zəngin klubların daha çox qazanması üçün hər şeyi etməlidirlər” Arşavin bildirib.
Qeyd edək ki, 2024/25 mövsümündən etibarən UEFA Çempionlar Liqasının formatında dəyişikliklər edib. Hazırda Liqa mərhələsində 36 komanda iştirak edir.
Turnirin səkkiz ən yaxşı klubu avtomatik olaraq ⅛ finala vəsiqə qazanacaq. 9-24-cü yerləri tutan komandalar püşkatma yolu ilə cütlərə bölünərək pley-off mərhələsində mübarizəni davam etdirəcəklər. 25-36-cı yerləri tutan klublar isə turnirdən kənarlaşdırılacaqlar.
Namiq HUN
tag: UEFA ,Çempionlar Liqası ,Andrey Arşavin ,Zenit, Superliqa, todaypress.az,