ARRİQO SAKKİ: İtaliya Avro 2024-də bizi təəccübləndirə bilər
İdman
09.06.2024 18:29
Bu milli üzvləri Spalettiyə qulaq asacaqları təqdirdə baş verəcək.
TodayPress xəbər verir ki, məşhur futbol mütəxəssisi Arriqo Sakki Avro-2024 ərəfəsində İtaliya millisinin baş məşqçisi Luçano Spalettiyə dəstək olduğunu bildirib.
“Mənə ən çox rahatlıq verən Spalettinin varlığıdır. Düşünürəm ki, o, komandalarına yaxşı oyun planı və üslub gətirə bilən böyük məşqçidir. O, bunu “Napoli” ilə göstərdi. Mən də inanıram ki, futbolçular Avroda ona qulaq assalar, İtaliya bizi təəccübləndirə bilər. Məşqçinin işi çətindir. Onun Avro 2024 kimi çətin turnirə hazırlaşmaq üçün çox vaxtı yoxdur, lakin mən əminəm ki, Spalletti doğru yerdə doğru insandır” Sakki deyib.
Qeyd edək ki, İtaliya millisi Avro-2024-ün B qrupunda İspaniya, Xorvatiya və Albaniya komandaları ilə yarışacaq.
Namiq HUN
tag: ARRİQO SAKKİ, İtaliya, Luçano Spaletti, Avro-2024, Napoli, Futbol, İdman,