Arne Slot "Liverpul"un tarixinə düşdü
Baş məşqçi Arne Slot "Liverpul"un tarixinə düşüb.
TodayPress xəbər verir ki, komanda niderlandlı mütəxəssisin rəhbərliyi ilə Premyer Liqada ilk 10 oyunda 8 qələbə qazanıb.
"Qırmızılar" dünən "Brayton"a qalib gələrək, yeni uğurlu nəticəyə imza atıblar.
Bundan əvvəl ən yaxşı göstərici Villiam Konnellə məxsus olub.
O, 7 qələbəyə sevinib.
Qeyd edək ki, "Liverpul" 10 turdan sonra 25 xalla turnir cədvəlinə başçılıq edir.
tag: Baş məşqçi ,Liverpul,Arne Slot ,Tur,Todaypress.az,