Arne Slot İngiltərədə tarix yazdı

İdman

03.10.2024 13:45

“Liverpul”un baş məşqçisi klub tarixinin rekorduna imza atıb.

TodayPress xəbər verir ki, İngiltərə klubu Slotun rəhbərliyi altında keçirdiyi ilk 9 oyunda 8 qələbə qazanıb.

Mersisaydlılar Çempionlar Liqasının II turunda “Bolonya”nı məğlub etməklə buna nail olublar. 

Premyer Liqada 6 matçda 5 dəfə qalib gələn “qırmızılar” Çempionlar Liqasında 2, Liqa kubokunda isə 1 oyunda rəqibini məğlub edib. 

Niderlandlı mütəxəssis “Liverpul” tarixində heç bir baş məşqçinin nail olmadığı göstəriciyə imza atıb.

Qeyd edək ki, Arne Slot bu ilin yayında Liverpul təmsilçisinin “sükanı arxası”na keçib.

Namiq HUN

tag: Arne Slot ,Bolonya ,Premyer Liqa ,Liverpul ,`İngiltərə, todaypress.az,