“Arminia” tarixi uğura imza atdı
Futbol üzrə Almaniya 3-cü Liqasının təmsilçisi 2001-ci ildən sonra ilk dəfə ölkə kubokunun finalına çıxıb.
TodayPress xəbər verir ki, Almaniya kubokunun yarımfinalında “Bayer 04”ü (2:1) məğlub edən “Arminia” finalda “Ştutqart” – “Leypsiq” cütünün qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, 24 il əvvəl bunu bacaran “Union” həlledici görüşdə “Şalke”yə uduzmuşdu (0:2).
Qeyd edək ki, ilk dəfə birinci və ya ikinci diviziondan olmayan bir komanda Bundesliqanın dörd təmsilçisini yarışdan kənarlaşdırmaqla tarixi uğura imza atıb. “Arminia” yarımfinaladək “Union”a (2:0), “Frayburq”a (3:1) və “Verder”ə (2:1) qalib gəlib.
Bielefeld təmsilçisinin daha əvvəl ən yüksək nailiyyətləri 2021/22-ci il mövsümündə çıxış etdiyi Bundesliqada iki dəfə 8-ci yeri tutması (1982/83, 1983/84) və bu il ilk dəfə Almaniya kubokunun finalına yüksəlməsi olub.
Namiq HUN
tag: Arminia,Futbol,Almaniya,Uğur,Todaypress.az,