Arif Əsədovdan Santuş açıqlaması: “Detallara iyulda aydınlıq gələcək”
“Hazırda milli komandada öz işimi - köməkçi məşqçi funksiyasını davam etdirirəm”.
Bunu TodayPress-ə futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov deyib. O, yeni baş məşqçi Fernandu Santuşla hələ görüşmədiyini bildirib:
“Baş məşqçi qısa müddətdə oldu Azərbaycanda. Sonra qayıtdı öz vətəninə. Köməkçi məşqçi ilə bağlı bütün detallara növbəti ayda aydınlıq gələcək. Ona görə də indi nə isə demək mümkün deyil. İş öz qaydası ilə gedir. Bütün suallara iyulun əvvəlində aydınlıq gələcək” deyə Arif Əsədov əlavə edib.
Namiq HUN
tag: Aris Əsədov, Detallar, Azərbaycan, Məşqçi,Komanda, todaypress.az,