Argentinalı futbolçu ayın ən yaxşısı seçildi
İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı futbolçusu müəyyənləşib.
TodayPress qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən ayın ən yaxşısı adına “Liverpul” klubunun futbolçusu Aleksis Makallister layiq görülüb.
Yarımmüdafiəçi səsvermədə Rayan Ait-Nuri, Jorgen Larsen (ikisi də “Vulverhempton”), Harvi Barns, Ceykob Merfi (ikisi də “Nyukasl”), Morqan Rocers (“Aston Villa”) və Rayan Sessenyonu (“Fulhem”) qabaqlayıb.
Qeyd edək ki, aprel ayında Premyer Liqada 5 oyuna çıxan Makallister, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Argentinalı futbolçu karyerasında ilk dəfə olaraq bu mükafatı qazanıb.
Namiq HUN
tag: Aleksis Makallister,Liverpul,Futbolçu,Klub,Todaypress.az,