Argentina yığması tələyə düşdü
“Milton” qasırğası futbol üzrə Argentina yığma komandasını 2026-cı il dünya çempionatının seçmə mərhələ oyunlarından məhrum edə bilər.
TodayPress xəbər verir ki, La Albicelestenin baş məşqçisi Lionel Skaloni həyəcan təbili çalıb.
Belə ki, Argentina millisi yaxınlaşan “Milton” qasırğası səbəbindən fövqəladə vəziyyət elan edilən ABŞ-nin Florida ştatında Venesuela və Boliviya ilə oyunlara hazırlaşırdılar. Dünya çempionu bu gün Venesuelaya getməyi planlaşdırıb. Lakin yaxınlaşan fırtına Floridanın cənubunda hava səyahətinə təsir edərsə, bu plan pozula bilər.
“Qarşılaşma vacibdir, amma təhlükəsizlik daha önəmlidir. Biz narahatıq və gözləyirik ki, matça uça bilib-bilməyəcəyimiz barədə nəsə desinlər. Hələ uça biləcəyimizə əmin deyilik” deyə Skaloni bildirib.
Qeyd eədk ki, Venesuela – Argentina matçı oktyabrın 11-də keçiriləcək. Oktyabrın 16-da isə argentinalılar Boliviyanı qəbul edəcək.
Namiq HUN
tag: ABŞ ,Florida ,Venesuela ,Hava Səyahəti ,Milton ,todaypress.az,