Argentina yığması forvardını itirdi
Futbol üzrə Argentina yığma komandasında növbəti futbolçu heyətdən çıxarılıb.
TodayPress xəbər verir ki, “İnter” klubunun hücumçusu Lautaro Martines Dünya çempionatının seçmə mərhələsində komandasına kömək edə bilməyəcək.
Bu Argentina millisinin ilk itkisi deyil.
Martinesdən əvvəl Lionel Messi və Paulo Dibala seçmə mərhələnin növbəti iki oyununda iştirak etməkdən məhrum olmuşdular.
Qeyd edək ki, Cənubi Amerika seçmə zonasının lideri martin 22-də Uruqvay, 3 gün sonra isə Braziliya millisi ilə qarşılaşacaq.
Namiq HUN
tag: Argentina,Lautaro Martines,Futbol,Klub,Todaypress.az,