Argentina Venesuela səfərində xal itirdi
İdman
11.10.2024 12:45
Futbol üzrə dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsində IX turun oyunları keçirilib.
TodayPress xəbər verir ki, lider Argentina millisi Venesuela ilə oyunda xal bölgüsünə razılaşıb.
“La Albiceleste” Nikolas Otamendinin (13-cü dəq.) qolu ilə oyunda hesabı açsa da, üstünlüyünü sonadək qoruya bilməyib. Xose Salomon Rondon (65-ci dəq.) Venesuelanı məğlubiyyətdən qurtarıb 1:1.
Braziliya millisi isə IX turda Çili yığmasına Luis Enrike Andre Roza da Silvanın (89-cu dəq.) vurduğu qolla qalib gəlib 2:1.
Seçmə mərhələnin digər oyunlarında Boliviya - Kolumbiya (1:0), Ekvador - Paraqvay (0:0) nəticələri qeydə alınıb.
Namiq HUN
tag: Futbol,Cənubi Amerika,Argentina,Venesuela,La Albiceleste,todaypress.az,