Argentina və Kanada 1/4 finalda

İdman

30.06.2024 10:15

Futbol üzrə Amerika kubokunda üçüncü turun oyunları start götürüb.

TodayPress xəbər verir ki, ABŞ-də keçirilən turnirdə A qrupunun matçları baş tutub.

Argentina millisi Perunu 2 cavabsız qolla məğlub edib. Martinez bu oyunda dublla yadda qalıb. Bir tur öncə 1/4 finala vəsiqə qazanan Argentina millisi qrup mərhələsini məğlubiyyətsiz bitirib. 

Qrup ikincisi olan Kanada son turda Çili yığması ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Kanada millisi Amerika kubokunda mübarizəni davam etdirir. 


Namiq HUN

tag: Argentina,Kanada, Copa America, Futbol, İdman, Todaypress.az,