Argentina uduzdu, Braziliya xal itirdi
İdman
15.11.2024 10:31
DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələ oyunları keçirilir.
TodayPress xəbər verir ki, XI turun sensasiyası Paraqvayda yaşanıb.
Lionel Messinin kapitanı olduğu Argentina millisi Paraqvay səfərindən əliboş qayıdıb. Qonaqlar Martinesin qolu ilə hesabda irəli çıxsalarda, üstünlüyü qoruya bilməyiblər. Sanabriya oyunda status-kvonu bərpa edib. Alderete isə Paraqvayın qələbə qolunu vurub 2:1.
Braziliya yığması Venesuelada heç-heçə edib. 62-ci dəqiqədə sambaçılar hesabda önə keçmək imkanı qazansalar da, Vinisius Junior penaltidən yararlana bilməyib 1:1.
Ekvador isə XI turda Boliviya üzərində darmadağına sevinib 4:0.
Namiq HUN
tag: Argentina, Paraqvay, Boliviya, Braziliya, todaypress.az,