Argentina “play-off”a vəsiqəni təmin etdi
İdman
26.06.2024 11:02
Futbol üzrə Amerika Kubokunda II turun oyunları start götürüb.
TodayPress xəbər verir ki, turnirin A qrupunun görüşləri çərçivəsində Peru yığması ilə qarşılaşan Kanada 1:0 hesablı qələbə qazanıb. Matçda yeganə qolun müəllifi 74-cü dəqiqədə Conatan David olub.
Qrupun digər oyununda isə Argentina millisi Çili komandasına minimal hesabla qalib gəlib 1:0. Lisandro Martinez 88-ci dəqiqədə adını tabloya yazdırıb.
Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq.
Namiq HUN
tag: Argentina, Amerika, Kubok, Peru, todaypress.az,