Argentina nəhəngi dünya çempionatına qatılacaq
İdman
23.08.2024 11:55
Argentinanın "Boka Xuniors" komandası 18 ildən sonra klublararası dünya çempionatına vəsiqə qazanıb.
TodayPress FIFA-nın mətbuat xidmətinin məlumatına əsasən xəbər verir.
Bildirilib ki, Buenos-Ayres təmsilçisi 2021-2023-cü illər aralığında Libertadores Kubokunda 71 reytinq xalı qazanmaqla buna nail olub.
Qeyd edək ki, yenilənmiş klublararası dünya çempionatının 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçirilməsi planlaşdırılır.
"Boka Xuniors" sonuncu dəfə 2007-ci ildə bu turnirdə iştirak edib.
Namiq HUN
tag: Boka Xuniors, Argentina,Libertadores,ABŞ,Turnir, todaypress.az,