Argentina Futbol Assosiasiyası FIFA-ya şikayət etdi
İdman
25.07.2024 09:47
Argentina Futbol Federasiyası Paris Olimpiadasının qrup mərhələsinin birinci turu çərçivəsində Argentina və Mərakeş komandaları arasında baş tutan oyundan sonra FIFA intizam komitəsinə şikayət edib.
TodayPress xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Argentina Futbol Federasiyası oyun iştirakçılarının təhlükəsizliyi üçün tədbirlərin görülməsini tələb edib.
Argentina – Mərakeş komandaları arasında görüş ikinci hissənin əsas vaxtının 16-cı dəqiqəsində 2:2 hesabı ilə yarımçıq kəsilib. Cənubi amerikalıların ikinci qolundan sonra Mərakeş millisinin azarkeşləri meydançaya qaçaraq argentinalı futbolçuların üzərinə fişəng atıblar.
Matç yalnız iki saat sonra boş tribunalar önündə başa çatıb. Argentina millisinin ikinci qolu ofsayd səbəbindən ləğv edilib. Mərakeş yığması 2:1 hesabı ilə qalib gəlib.
Namiq HUN
tag: Argentina, Futbol, FIFA, Amerika, Mərakeş, todaypress.az,