Argentina finalda rəqibini gözləyir

İdman

10.07.2024 11:14

Futbol üzrə Amerika kubokunda yarımfinal mərhələsi start götürüb.

TodayPress xəbər verir ki, ABŞ-da keçirilən yarışın ilk finalçısı Argentina millisi olub. 

Kanada ilə oyunun hər hissəsində bir qol vuran cənubi amerikalılar 2:0 hesablı qələbə qazanıb. Oyunda hesabı 22-ci dəqiqədə Xulian Alvares açıb. Lionel Messi isə 51-ci dəqiqədə fərqlənməklə matçın nəticəsini müəyyən edib.   

Argentina finalda Uruqvay – Kolumbiya cütünün qalibi ilə qarşılaşacaq. 

Namiq HUN

tag: Argentina, Kanada,Amerika Kuboku, Kolumbiya, Uruqvay, todaypress.az,