Argentina Braziliyanı darmadağın etdi

İdman

26.03.2025 10:32

2312

DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində XIV turun oyunları keçirilib.

TodayPress xəbər verir ki, Boliviya və Uruqvay arasında görüş 0:0 hesabı ilə bitdikdən sonra Argentina mundiala vəsiqəni təmin edib.

Sona 4 tur qalmış bu hüququ qazanan son dünya çempionu günün mərkəzi qarşılaşmasında Braziliyanı sınağa çəkib.

Argentinalılar rəqibini darmadağın edib – 4:1.

Turun 5 matçından üçü heç-heçə nəticələnib.

DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsi

XIV tur

25 mart

Boliviya – Uruqvay – 0:0

Argentina – Braziliya – 4:1 Xulian Alvares, 4, Entso Fernandes, 12, Aleks Makalister, 37, Juliano Simeone, 71 - Mateus Kunya, 26

Çili – Ekvador – 0:0 Kolumbiya – Paraqvay – 2:2 Luis Dias, 1, Con Duran, 13 – Junior Alonso, 45+4, Julio Enkiso, 62

Venesuela – Peru – 1:0 Salomon Rondon, 41

Qeyd edək ki, Ekvadorun hesabından 3 xal silinib.

tag: Barziliya,Argentina,Futbol,Məğlubiyyət,Todaypress.az,