Argentina 16-cı dəfə Amerika Kubokunu qazandı
İdman
15.07.2024 10:34
ABŞ-də keçirilən futbol üzrə Amerika Kubokunu Argentina yığma komandası qazanıb.
TodayPress xəbər verir ki, Mayaminin “Hard Pock” stadionunda keçirilən həlledici matçda Argentina və Kolumbiya milliləri qarşılaşıb.
Matçın əsas vaxtı 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Oyunda hesab yalnız əlavə vaxtın 112-ci dəqiqəsində açılıb. Argentina millisinin hücumçusu Lautaro Martines qol şansını qaçırmayıb 1:0.
Bununla da Argentina 16-cı dəfə turnirin qalibi olub və Uruqvay yığmasını üstələyərək Amerika Kubokunda qələbə sayına görə yeganə lider olub.
Qeyd edək ki, Amerika Kubokunun final matçının startı “Hard Rock” stadionunun girişində yaranan izdiham səbəbindən bir saatdan çox gecikib. Biletləri olmayan minlərlə azarkeşin stadiona daxil olmağa cəhd göstərməsi, digər azarkeşləri, təhlükəsizliyi və hüquq-mühafizə orqanlarını riskə atıb.
Namiq HUN
tag: Argentina, Kubok, COPA Amerika, Qalib, Futbol, todaypress.az,