Arenanın adı Marselonun şərəfinə dəyişdiriləcək

İdman

03.09.2024 17:42

Braziliyanın "Fluminense" klubunun "Vale Das Laranceyrаs" stadionuna Marselo Vieyranın adı veriləcək. 

TodayPress xəbər verir ki, arenanın adı 13 yaşında "Fluminense"də futbolçu karyerasına başlayan müdafiəçinin şərəfinə dəyişdiriləcək.

Marselo karyerasının ən yaxşı illərini "Real Madrid" klubunda keçirib. 36 yaşlı müdafiəçi “kral klubu”ilə bir çox titullar qazanıb. 

Qeyd edək ki, ötən il "Fluminense" ilə müqavilə bağlayan Marselo futbolçu karyerasını ölkəsində bitirəcək.

Namiq HUN

tag: Braziliya ,Fluminense, Vale Das Laranceyras, Stadion, Karyera, todaypress.az,