Arda Turan məqsədini açıqladı

İdman

04.06.2024 07:59

Arda Turan "Atletiko Madrid"ə rəhbərlik edərək Çempionlar Liqasını qazanmaq istəyir.

TodayPress xəbər verir ki, “Atletiko Madrid”in sabiq yarımmüdafiəçisi, hazırda Türkiyənin “Eyüpspor” klubunun baş məşqçisi Arda Turan məşqçilik karyerasındakı şəxsi məqsədindən danışıb.

“Bir məşqçi kimi əsas məqsədlərimdən biri Atletico Madrid ilə Çempionlar Liqasını qazanmaqdır. Amma etiraf etməliyik ki, bunun üçün hələ tezdir”, Turan deyib.

 Arda Turan 2011-2015-ci illərdə "Atletiko"da çıxış edib. O, futbolçu karyerasını 2022-ci ilin yayında başa vurub. Turanın son komandası “Qalatasaray” olub.

 2023-cü ilin yazında 37 yaşlı Turan Türkiyənin birinci liqa təmsilçisi “Eyüpspor”a başçılıq edərək məşqçilik karyerasına başlayıb. Onun rəhbərliyi altında komanda ölkənin ikinci ən vacib divizionunda birinci yeri tutaraq Türkiyə Superliqasına vəsiqə qazanıb.

Namiq Hun

tag: Arda Turan,Süperliqa,todaypress.az,Galatasaray , Atletiko,