Arda İngiltərədən növbəti təklif aldı
İngiltərənin “Aston Villa” klubu Arda Güleri heyətinə qatmaq istəyir.
TodayPress TEAMTalk nəşrinə istinadən xəbər verir ki, Birmingem təmsilçisi türkiyəli yarımmüdafiəçini icarəyə götürməyi planlaşdırır.
“Aston Villa”nın idman direktoru Ramon Monçi “Real”ın əsas heyətinə düşə bilməyən Gülerin pərəstişkarıdır. 20 yaşlı futbolçu ilə maraqlanan klublar arasında “Liverpul” və “Bavariya” da var.
Qeyd edək ki, Arda cari mövsümdə 32 matçda 3 qol və 7 ötürmə ilə yadda qalıb. Futbolçunun Madrid klubu ilə 2029-cu ilin yayına kimi müqaviləsi var.
Namiq HUN
tag: Arda Güler,İngiltərə,Real Madrid,Aston Villa,todaypress.az,