Arda Güler rəmzi komandada
Avropanın gənc futbolçulardan ibarət rəmzi komandası açıqlanıb.
TodayPress xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) qitənin U-20 komandasını tərtib edib.
Rəmzi 11-likdə türkiyəli Arda Güler də var.
Türkiyə millisinin və “Real Madrid” klubunun futbolçusu yarımmüdafiədə Kobbi Maynu (İngiltərə), Uorren Zair Emeri (Fransa) və Jooa Neveşlə (Portuqaliya) birgə yer alıb.
Namiq HUN
tag: Avropa,Futbol,Arda Güler,Real Madrid,Todaypress.az,