Arda Güler "Real Madrid"in tarixinə düşdü

İdman

15.12.2024 12:45

2120

Türkiyəli futbolçu Arda Güler adını "Real Madrid"in tarixinə yazdırıb.

TodayPress xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.

Məlumata görə, yarımmüdafiəçi İspaniya çempionatının "Rayo Valyekano" ilə görüşündə ​2 məhsuldar ötürmə edib.

Beləliklə də, Güler ​​cari əsrdə bir La Liqa matçında iki məhsuldar ötürmə ilə "Real Madrid"in ən gənc futbolçusu olub. Qarşılaşma vaxtı yarımmüdafiəçi 19 yaş 293 günlük idi.

Qeyd edək ki, matç dekabrın 14-də baş tutub və 3:3 hesabı ilə başa çatıb.

tag: Türkiyə,Arda Güler,Real Madrid,Rayo Valyekano,La Liqa,todaypress.az,