“Araz-Naxçıvan”ın Çempionlar Liqasında ilk sınağı

İdman

21.08.2024 12:18

“Araz-Naxçıvan” klubu futzal üzrə Çempionlar Liqasında mübarizəyə başlayır.

TodayPress xəbər verir ki, Azərbaycan çempionu yeni avrokubok mövsümünün ilkin mərhələsində Şimali İrlandiyanın “Sparta Belfast” klubu ilə görüşəcək. 

H qrupunda yer alan komandalar İsveçin Udevalla şəhərində yerləşən “Agnebergshallen” zalında qarşılaşacaq. 

Qeyd edək ki, “Araz-Naxçıvan”ın H qrupundakı digər rəqibləri Estoniyanın “Sillamae Silla” və İsveçin “Uddevalla” klubudur. 

Namiq HUN

tag: Araz-Naxçıvan, İsveç,Uddevalla, Estoniya, Azərbaycan, todaypress.az,