“Araz-Naxçıvan” Vitali Borisovla yollarını ayırdı
İdman
26.09.2024 12:01
“Araz-Naxçıvan” futzal klubunda baş məşqçi dəyişikliyi edilib.
TodayPress xəbər verir ki, UEFA Çempionlar Liqasındakı qeyri-qənaətbəxş çıxış səbəbindən baş məşqçi Vitali Borisovla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.
“Araz-Naxçıvan”da baş məşqçi vəzifəsi müvəqqəti olaraq Predraq Rayiçə həvalə olunub.
Qeyd edək ki, serbiyalı mütəxəssis 2023-cü ilin yayından Vitali Borisovla birgə “Araz-Naxçıvan”da və Azərbaycan yığma komandasında çalışırdı.
“Araz-Naxçıvan” futzal klubundan ayrılan Vitali Borisov Azərbaycan yığma komandasının baş məşqçisi kimi işini davam etdirəcək.
Namiq HUN
tag: Araz-Naxçıvan ,Futzal, Azərbaycan ,Vitali Borisov ,Predraq Rayiçə ,todaypress.az,