“Araz-Naxçıvan” tarix yazdı

İdman

09.12.2024 12:31

Azərbaycan Premyer Liqasının XVI turu lider dəyişikliyi ilə əlamətdar olub.

TodayPress xəbər verir ki, “Araz-Naxçıvan” klubu “Səbail” (2:0) üzərində qələbədən sonra zirvəni ələ keçirib. 

Baş məşqçi Elmar Baxşıyevin komandası 39 xalla 1-ci pilləyə yüksəlib. Liderdən bir xal geri qalan “Qarabağ”ın ehtiyatda bir oyunu var. 

Qeyd edək ki, bu, ölkə çempionatları tarixində ilk belə hadisədir. “Araz-Naxçıvan” bunadək heç vaxt turu 1-ci yerdə bitirməyib.

Namiq HUN

tag: Pillə, Futbol, Səbail, Çempionat, todaypress.az,