“Araz-Naxçıvan” liderliyə yüksəldi

İdman

07.12.2024 18:00

1755

Misli Premyer Liqasında XVI tura start verilib.

TodayPress xəbər verir ki, turun ilk qarşılaşmasında “Səbail” və “Araz-Naxçıvan” komandaları üz-üzə gəliblər. “ASCO Arena”da keçirilən görüş Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandanın qollarını 45+2-ci dəqiqədə penaltidən Ramon Maçado, 56-cı dəqiqədə isə Bernardu Diaş vurublar.

Bu nəticədən sonra qonaqlar 39 xalla liderliyə yüksəlib, meydan sahibləri isə 8 xalla sonuncu – 10-cu pillədə qalıb.

Qeyd edək ki, XVI turun digər görüşləri dekabrın 8-9-da reallaşacaq.

tag: Tur ,Arena, Səbail ,Meydan, todaypress.az,