“Araz-Naxçıvan” hücum xəttini gücləndirdi

İdman

06.02.2025 10:45

2813

“Araz-Naxçıvan” futbol klubu Əyyub Allaşın transferini rəsmiləşdirib.   

TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Mərakeş əsilli belçikalı yarımmüdafiəçi ilə 6 ay + 1 illik müqavilə imzalanıb. 

27 yaşlı futbolçunun son klubu Moldova “Şerif”i olub.   

2023-cü ilin qışından 2024-cü ilin yayına qədər “Qəbələ”nin formasını geyinən Allaş, karyerası ərzində “Lyers”, “Svope Park Reyncers”, “Lyers Kempenzone”klublarında da çıxış edib.   

Hücumameylli yarımmüdafiəçi Mərakeşin U-20 milli komandasında da çıxış edib.   

Namiq HUN

tag: Araz-Naxçıvan,Futbol,Əyuub Allaş,Klub,Todaypress.az,