“Araz-Naxçıvan” braziliyalı hücumçusunu itirdi

İdman

07.02.2025 18:44

1728

“Araz-Naxçıvan” klubunun braziliyalı futbolçusu Ramon Maçado iki həftə yaşıl meydanlardan kənarda qalacaq.

TodayPress Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Zirə”yə qarşı keçirilən Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda xəsarət alan hücumçunun topuğu şişib. 

“Araz-Naxçıvan”ın həkimi forvardın 12-15 gün komandaya kömək edə bilməyəcəyini bildirib.

Qeyd edək ki, "Araz-Naxçıvan" “Zirə”yə qarşı keçirilən ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda 1:0 hesablı qələbə qazanıb.

Namiq HUN

tag: Futbol,İdman,“Araz-Naxçıvan”,Futbolçu,Todaypress.az,