Arauxo “Liverpul”dan təklif aldı
“Liverpul” klubu uruqvaylı futbolçu Ronald Arauxo üçün “Barselona”ya 100 milyon avroluq rəsmi təklif göndərib.
TodayPress xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Mersisaydlılar futbolçunu yay transfer dönəmində heyətinə qatmaq istəyir.
Klub rəhbərliyi onu müdafiə xəttini gücləndirmək üçün ideal namizəd sayır.
Qeyd edək ki, Ronald Arauxo 2019-cu ildən “Barselona"nın əsas komandasında çıxış edir.
Namiq HUN
tag: Ronald Arauxo,Liverpul,Barselona,Transfer,Todaypress.az,