Arauxo "Barselona"da qalmağa qərar verdi

İdman

24.01.2025 09:46

"Barselona" Ronald Arauxo ilə müqavilənin müddətini uzadıb.   

TodayPress xəbər verir ki, yeni anlaşma 2031-ci il iyuluna kimi nəzərdə tutulub. 

Müqaviləsi mövsümün sonunda bitəcək Arauxonun "Yuventus"a keçəcəyi ehtimal edilirdi.

Uruqvaylı futbolçu sonda "Barsa"da qalmağa qərar verib. 

Qeyd edək ki, mərkəz müdafiəçisi 2018-ci ildən "Barselona"da çıxış edir.

Zədədən əziyyət çəkən Arauxo cari mövsümdə cəmi 2 oyunda meydana çıxıb. 

Namiq HUN

tag: Barselona,Ronaldo,Müqavilə,Arauxo,Todaypress.az,