Aquero "Barselona"nı məhkəməyə verdi
“Barselona”nın sabiq hücumçusu Serxio Aquero keçmiş klubunu məhkəməyə verib.
TodayPress "AS"a istinadən xəbər verir ki, Aquero Kataloniya təmsilçisindən 3 milyon avro məbləğində maaşını tələb edir.
“Barselona” futbolçuya sığorta müqaviləsinin ilk ili üçün əmək haqqını ödəyəcəyini bildirib.
Lakin sığorta şirkəti pulu köçürməkdən imtina edib.
Xatırladaq ki, Serxio Aquero “Barselona”ya 2021-ci ilin yayında keçib. O, ürək probleminə görə elə həmin ilin dekabr ayında karyerasını bitirməli olub.
Namiq HUN
tag: Barselona ,Serxio Aquero ,Məhkəmə ,Sığorta ,Karyera ,todaypress.az,