Aqirre başından yaralandı
İdman
16.11.2024 14:20
Futbol üzrə Meksika millisinin baş məşqçisi Xavyer Aqirre oyun zamanı başından yaralanıb.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, tribunadan atılan pivə bankası mütəxəssisin başını yarıb.
Hadisə Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Ölkələrinin Futbol Konfederasiyası (KONKAKAF) Millətlər Liqasının 1/4 finalında, Hondurasla oyun (0:2) zamanı baş verib.
Meksika Futbol Federasiyası KONKAKAF-a hadisə ilə bağlı qəti tədbirlər görməyi tələb edib.
Namiq HUN
tag: Aqirre, Meksika,KONKAKAF, Hadisə, Məşqçi, todaypress.az,